Region

İcra Hakimiyyəti şəhəri abadlaşdırmaq üçün 30 yaşlı bələdiyyə üzvünə 566 min manat verəcək ?

Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Analoq.az Yeniavaz.com a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Abadlıq Təmir Təmizlik” MMC olub.
Şəki şəhər İcra Hakimiyyəti “Abadlıq Təmir Təmizlik” MMC-yə 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işləri üçün 566 min 582 manat 71 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Abadlıq Təmir Təmizlik” MMC 05.02.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfəndizadə Hafiz Amil oğludur.

Onu da bildirək ki, 1990-cı ildə anadan olan Əfəndizadə Hafiz Şəki bələdiyyəsinin üzvüdür. “Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib.

Qeyd edək ki, “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cu maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button