Cəmiyyət

55 nömrəli avtobusun sürücüsü qadın sərnişini belə təhqir etdi-VİDEO

Ötən gün Bakıda sərnişin avtobusunun sürücüsü xanım sərnişini təhqir edib və onu söyüb.Bu barədə Nigar Mirzəyeva adlı xanım baku ws-in “qaynar xətt”inə məlumat verib.
Onun sözlərinə görə, 55 saylı marşrut xətti üzrə hərəkət edən 99 LF 648 nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərlə kobud danışırmış.

Bundan başqa, həmin sürücü avtobusu necə gəldi idarə edib və sürət həddini aşıb.

Avtobusun içərisində olan xanımlar sürücüyə etirazlarını bildiriblər. Əvəzində isə sürücü qadınları söyməyə başlayıb.

“Danışığına fikir ver. Məni evdəki ilə səhv salma”, – deyə sürücü qadını söyür. Daha sonra avtobusu saxlayır, düşüb siqaret çəkir. Eyni zamanda sürücü yolboyu telefonla danışır və avtobusu təhlükəli idarə edir.

Qeyd edək ki, belə hallar təkcə 55 saylı avtobusda deyil, paytaxtın digər marşrut xətlərində də baş verir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button