Dünya

Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olundu-SON DƏQİQƏ

Macarıstanda 20 milyon dollarlıq müqavilə bağladığı iddia edilən Zimbabve səhiyyə naziri Obadiah Moyo koronavirus testləri və avadanlıqlarının alınması ilə əlaqədar korrupsiyada ittiham olunaraq məhkəməsi keçirilib.

Analoq.az xəbər verir ki,müxalifətin və sosial medianın təzyiqinə məruz qalmasından sonra cümə günü həbs edilən nazirin həbsi ilə bağlı hökümət rəsmi açıqlama verməyib.

Zimbabvedə 4 ölüm hadisəsi daxil olmaqla 500-ə yaxın virusa yoluxma təsdiqlənib.

Qeyd edək ki, ölkə on ildən çoxdur ki,çətin iqtisadi böhranla üzləşir.Eyni zamanda Zimbabvedə eyfiyyətsiz xidmətlər və korrupsiyaya qarşı ictimai qəzəb də getdikcə artır.

Aynurə Niyazqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button