Ölkə

Sabirabad rayonu Suqovuşan kənd sakini ölkə başçısına müraciət ünvanladı-“Rayon rəhbərliyi maraqlanmır”

Sabirabad rayonu Suqovuşan kənd sakini Məmmədova Mədinə Xəlil qızı ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Analoq.az həmin məktubu olduğu kimi təqdim edir:

Cənab prezident Mən Məmmədova Mədinə Xəlil qızı Sabirabad rayon Suqovuşan kəndində yeddi nəfərlik ailə üzvümlə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşayıram.

Qəzalı vəziyyətdə olan evimizlə bağlı dəfələrlə rayon rəhbərliyinə, Sabirabad Rayon İcra Başçısının müavini Həsən Həsənova və İcra başçısı Siraqəddin Cabbarova müraciət etsəm də heç bir köməklik göstərilməyib.

Analoq.az-a göndərilən video şikayətlə bağlı Sabirabad Rayon İcra hakimiyyətinin rəsmi saytında qeyd olunan nömrələrlə əlaəq saxıayıb münasibət öyrənmək istəsək də buna nail ola bilmədik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazərıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button