Digər

4 kəndə ilk dəfə qaz çəkilir

Prezident İlham Əliyevin 2020-ci il 3 mart tarixli Sərəncamı ilə Gədəbəy, Ağstafa, Tovuz və Şəmkir rayonlarında qazlaşdırma işləri üçün dövlət büdcəsindən 8 milyon 190 min manat vəsait ayrılıb. Hazırda “Azəriqaz” İstehsalat Birliyi ucqar kəndlərdə bu istiqamətdə işlərə başlayıb.

Analoq.az “Azərtac”a istinadən xəbər verir ki, Gədəbəy rayonunun 4 kəndində ilk dəfə olaraq qaz çəkilişlərinə start verilib.

Plana uyğun olaraq, rayonun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474, Əyrivəng kəndində 68 ev qazalaşdırılacaq. Artıq kəndlərin bəzilərində işlərin 50 faizə qədəri icra olunub. Layihə üzrə birpilləli sistem əsasında 92 kilometrdən çox müxtəlif diametrli qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button