Cəmiyyət

Oğlanların məktəbdə “yubka” geyinməsinə icazə verildi

Analoq.az xəbər verir ki, Meksika hakimiyyəti təhsil müəssisələrində məktəbli formasını “neytral” edib. Belə ki, artıq ətək, don qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Oğlanlar məktəbə ətəkdə, qızlar isə şalvarda gəlməkdə azaddırlar.
Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar atdığını bildirən şəhər meri digər ştatları da belə qərar verməyə səsləyib.

Qeyd edək ki, belə bir qərar bir müddət əvvəl Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan “Highgate School”-da da qəbul olunmuşdur.

Daha çox
Back to top button
Close