Rəsmi xronika

Prezident İlham Əliyev SƏRƏNCAM imzaladı

M.M.Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2020-ci il.

Analoq.az

Daha çox
Back to top button
Close