Gündəm

Tanınmış hakim Əflatun Qasımov vəfat edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun İbrahim oğlu Qasımov bu gecə vəfat edib.

Analoq.az Dominant.az-a istinadən xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, 65 yaşlı hakim Bakı şəhərində yaşadığı mənzilində ürək tutmasından keçinib.

Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub.
2008-ci ildən isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyirdi.

Daha çox
Back to top button
Close