Gündəm

Azərbaycan Qarabağda hərbi və diplomatik qələbə qazandı

Paşinyan “Dağlıq Qarabağ”ın xüsusi statusu ilə vidalaşdı və impiçment təhlükəsi ilə üzləşdi

Qarabağ zonasında bir yarım ay davam edən müharibə sülh müqaviləsi ilə sona çatdı. Noyabrın 10-da gecə sənəd Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən razılaşdırıldı. İrəvan faktiki olaraq Bakının şərtlərini qəbul edərək bölgə ərazisinin yalnız kiçik bir hissəsin ermənilərin yaşama şərtini saxlayaraq münaqişədə təslim oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan mövcud vəziyyəti müxalifət arasında duyğu fırtınasına səbəb olan “böyük uğursuzluq” adlandırdı, çünki Ermənistan bu məsələni az qanla- böyük insan itkisi və iqtisadi çöküş olmadan həll etmək şansına sahib idi.

Hərbi kampaniyanın belə bir nəticəsi, bir tərəfdən, Azərbaycanın hərbi və diplomatik qələbəsini nümayiş etdirir, Rusiyanın münaqişənin həllində mühüm rolunu vurğulayır və eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi gələcəyini şübhə altına alır.

Ənənəvi olaraq Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu, Qarabağdakı nizamlanmaya cavabdeh idi. Lakin bu dəfə Qərb qüvvələri, fəal ritorikaya baxmayaraq, İrəvanın erməni lobbisinin fəaliyyətinə arxalanaraq onlara müraciət etməsinə baxmayaraq vəziyyətə heç bir təsir göstərə bilmədi.

Müdafiənin dağılması

Qarabağ zonasında hərbi əməliyyatların intensivləşməsi 27 sentyabrda başladı: İrəvan və Bakı qarşıdurmanın böyüməsi ilə bağlı qarşılıqlı ittihamlar etdilər və hərbi vəziyyət tətbiq etdilər. Ermənistan total səfərbərlik elan etdi, Azərbaycan isə qismən.

Başlanan döyüş əməliyyatları, 1994-cü ildə 1-ci Qarabağ müharibəsi bitdikdən sonra bölgədəki ən böyük müharibə halına gəldi. Lakin, məlum olduğu kimi, o vaxtdan bəri, Ermənistan qüvvələri öz müdafiələrini müasir qarşıdurma şəraitində yaramayan mövqe münaqişəsinin köhnə nümunələri əsasında qururlar. Azərbaycan komandanlığı isə düşmən mövqelərində taktiki ehtiyatların cəmləşdiyi yerlərə top və raket silahları və pilotsuz təyyarələrlə və uzun müddətli zərbələr vurduqdan sonra cinah hücumlarından ərazi hissələrini metodik olaraq “gəmirməyə” və cəbhənin ayrı-ayrı hissələrinin irəliləməsinə doğru hərəkət edərək taktikanı sürətlə dəyişdirdi.

Bundan əlavə, Ermənistan müxtəlif sahələrdə bir boşluq yaşadı: hava hücumundan müdafiə sisteminin yaradılmasından tutmuş ciddi mühəndis istehkam maneələrinin və kamuflyajın olmamasına qədər. Azərbaycan Silahlı Qüvvələri öz növbəsində onsuz da ilk günlərdə düşmənin hava hücumundan müdafiə sistemlərinin maksimum tükənməsi üçün bir yol müəyyənləşdirərək düşməni, məsələn, An-2 təyyarəsinin pilotsuz versiyası da daxil olmaqla, saxta hədəflərə olan raketlər atmağa təhrik etdi.

Belə pilotsuz təyyarələrin uçuşları diqqəti yayındırdı və Türkiyədən alınan “Bayraktar” pilotsuz təyyarələri və İsraildən alınan “Harop” kamikaze pilotsuz təyyarələri metodik olaraq erməni hərbi texnikasını əzdi. Azərbaycan pilotsuz təyyarələrində S-300PS zenit sisteminin buraxıcıları var. Ümumilikdə, döyüş əməliyyatları zamanı Ermənistan ordusu azı 6 ədəd S-300PS raket qurğusunu, onlarla OSA-AKM və “Kub” tipli Sovet hava hücumundan müdafiə sistemlərini, həmçinin ən azı 250 tankı və onlarla digər zirehli texnikanı itirdi.

Rus mütəxəssislər birbaşa bəyan edirlər: mövcud vəziyyət təkcə PUA-ların, yüksək dəqiqlikli Lora və Polonez komplekslərinin, habelə Spayk-ın istifadəsini birləşdirən Azərbaycanın ləyaqəti deyil, eyni zamanda Ermənistanın hərbi planlaşdırmasının tam uğursuzluğudur.

4 oktyabrda Azərbaycan qoşunları digər yaşayış məntəqələri ilə bərabər, müvəqqəti təmas xəttində yerləşən Madagiz kəndinə də nəzarəti ələ keçirdilər. Bu müvəffəqiyyətin böyük simvolik əhəmiyyəti var idi, çünki bu, Bakıya Ermənistanın müdafiəsinin yarılmasında bir sıçrayış elan etmə imkanı verdi.

“Artıq təmas xətti yoxdur. Biz onu keçdik. 30 ildir bu təmas xəttini tikirdilər”- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində dedi.

Əməliyyat azadlığı

Hərbi əməliyyatların başlamasından 2 həftə sonra Rusiya diplomatiyası döyüşən tərəfləri barışdırmağa çalışdı. Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında oktyabrın 10-da gecə Moskvada keçirilən 11 saatlıq danışıqlar İrəvan və Bakının atəşkəs razılaşmasını imzalamasına səbəb oldu.

Lakin, ertəsi gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərini və münaqişə zonasına daxil olmayan digər şəhərlərini atəşə tutdu, nəticədə mülki vətəndaşlar öldürüldü. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücumlarını davam etdirərək, Qarabağın mərkəzinə doğru hərəkət etdi.

12 oktyabrda döyüş əməliyyatlarının intensivliyi kəskin şəkildə artdı, bu həm itkilərin artmasında, həm də ərazi üçün strateji silahların hər iki tərəfində: əməliyyat-taktiki raketlər və uzaq mənzilli raketlərin aktiv istifadəsində nəzərə çarpdı. Ermənistan tərəfi pilotsuz təyyarələrdən daha tez-tez istifadə etməyə başladı, lakin Azərbaycan havadakı üstünlüyünü qorudu.

3 həftə ərzində cəbhənin dar cənub sektorundakı bir irəliləyiş Bakı üçün ciddi bir əməliyyat uğuru oldu: hərbi ekspert Viktor Muraxovskinin qeyd etdiyi kimi, hücumçülar təşəbbüsü ələ aldılar və əməliyyat qüvvələrinin zərbələrinin istiqamətini dəqiqləşdirdilər.

Hadrut və Füzulini ələ keçirərək cinahlarının sabitliyini təmin edən Azərbaycan qoşunları ciddi müqavimət görmədən Ermənistan sərhədinə doğru hərəkət etdilər- düşmənin mövqelərini qoyub qaçan və sürətlə təslim olan dəstələrini keçərək oktyabrın 21-nə qədər Azərbaycan ordusu İranla bütün sərhəddini nəzarətə götürdü, digər tərəfdən isə Laçın dəhlizinə çatdı.

Eyni zamanda, cəbhədəki uğursuzluqlar Ermənistan ordusunun mənəvi-psixoloji cəhətdən də pozulmasına gətirib çıxardı və fərarilər çoxaldı. 29 oktyabrda qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Arayik Harutyunyan, Azərbaycan ordusunun bölgədə 2-ci ən böyük şəhər olan Şuşaya doğru irəliləməsini könülsüz qəbul edərək, yerli bir deyimi xatırladı: “Kim Şuşaya nəzarət edirsə, Qarabağa da nəzarət edir”.

Zirehli texnikanın irəliləməsinin çətin olduğu və irəliləyən qruplara digər yüksəkliklərdən atəş açmağa açıq olduğu dağlıq ərazi, erməni tərəfinə müdafiənin uğurlu olacağına ümid verdi. Eyni zamanda, son günlər Azərbaycan artilleriyadan və zərbə dronlarından istifadə etmirdi. Bildiyiniz kimi pilotsuz təyyarələr yalnız atəşlə məşğul olmurdu, həm də psixoloji üstünlüyü təmin edirdi. Onların zərbələrindən Ermənistan ordusu zirehli maşınlarda, hava hücumundan müdafiə sistemlərində və digər ağır texnikalarda böyük itkilərə məruz qaldılar- Bakının bəyanatlarında deyilirdi.

4 noyabr tarixinə qədər azərbaycanlılar Şuşanın cənubundakı dağları və şəhərdən Laçına gedən yolu möhkəm nəzarəti altına ala bildilər. Noyabrın 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri magistral yola çatıb birbaşa yaşayış məntəqəsinin üzərində dayandığı qayalara tərəf getdilər. Tarixini 18-ci əsrdən (şəhərin qala divarları 1750-ci ildə Pənah Əli Xan tərəfindən Qarabağ Xanlığını qorumaq üçün ucaldılıb) bəri davam etdirən Şuşa 8 noyabrda Azərbaycan ordusu tərəfindən nəzarətə alındı. Şuşa üzərində nəzarətin itirilməsi və qonşu Xankəndinə- Qarabağın mərkəzi və ən böyük şəhərinə hücumun inkişafı, ertəsi gün Qarabağdakı erməni rəhbərliyi tərəfindən etiraf olundu.

Müharibəni beynəlmiləlləşməyə cəhd

Hərbi kampaniya İrəvanın çoxsaylı ittihamları ilə müşayiət olundu: guya Yaxın Şərqdən muzdlular Azərbaycan tərəfində vuruşur və Bakı türk mütəxəssislərinin və texnikasının köməyinə müraciət edir. Ancaq erməni tərəfi bu ifadələrə inandırıcı dəlil təqdim edə bilmədi. Eyni zamanda, münaqişəni beynəlmiləlləşdirməyə çalışan Paşinyan özünü dalana dirədi- Qarabağdakı müharibəyə PKK dan olan kürd döyüşçülərin və xaricdən könüllülərin erməni diasporu tərəfindən cəlb olunması xəbərləri arasında.

Cəbhədəki uğursuzluqlardan əziyyət çəkən Nikol Paşinyan, qarşıdurmaya kənar iştirakçıları cəlb etmək üçün hər yolla çalışdı. Beləliklə, baş nazir Türkiyənin rolu barədə danışarkən açıq şəkildə Qarabağdakı münaqişənin Rusiya və İran üçün birbaşa təhdid olduğuna işarə etdi və bu cür bəyanatların Kremlin neytral mövqeyini İrəvan tərəfindən müharibəyə müdaxilə mövqeyinə çevirməyə məcbur edəcəyinə inandı.

Moskvanın dəstəyini ala bilməyən erməni tərəfi, Avropa liderləri ilə fəal şəkildə danışıqlar aparırdı və Ermənistan prezidenti hətta NATO qərargahını da ziyarət etdi. Oktyabr ayında erməni xarici işlər naziri və onun Azərbaycandan olan həmkarı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşlərə dəvət edildi. Lakin İrəvanın ABŞ-da prezident seçkiləri ərəfəsində erməni lobbisi kozırını işə çalmaq cəhdi baş tutmadığı kimi, məsləhətləşmələrin birbaşa təsiri də olmadı.

Aydındır ki, məhz bu amillər kompleksi- Azərbaycan ordusunun cəbhədəki uğurları, İrəvanın xarici dəstəyinin olmaması ilə birlikdə- Ermənistan rəhbərliyinə müqavimətin davam etməsinin mənasızlığını başa düşərək Azərbaycan qoşunlarının Xankəndinə doğru irəliləməsini inkar etməyə cəhd göstərmədən sülh sazişini qəbul etməsinə gətirib çıxardı.

Üçtərəfli atəşkəs müqavilələri yalnız döyüş əməliyyatlarının bitməsini deyil, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarının, eləcə də Qazax rayonunun bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Razılaşma bəyanatında Qarabağın xüsusi statusuna yer verilmədi.

Azərbaycan qüvvələri artıq ələ keçirilmiş Şuşa şəhəri də daxil olmaqla, hücum zamanı tutduqları bütün mövqelərdə qalacaqlar. Rusiyadan ümumi sayı 2 min nəfərə yaxın olan bir sülhməramlı kontingent artıq bölgəyə gətirilib.

Paşinyana görə barışığa razılaşmaq “çətin bir qərar” idi və dövlət liderlərinin ortaq bəyanatının mətni onun üçün “ifadə edilə bilməz dərəcədə ağrılıdır”. Baş nazir məğlubiyyətini etiraf etməkdən imtina etdi, baxmayaraq ki, insan qüvvəsi, hərbi texnika və iqtisadiyyatdakı çöküşdən sonra necə və hansı vasitələrlə intiqam alacağını deyə bilmədi.

Ancaq xaricdə yaşayan müxalifət və etnik ermənilər belə ifadələrdən çəkinmirlər. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, uzun müddət Paşinyanla müxalifətdə olmuş, Vatikandakı keçmiş səfir Mikael Minasyan Facebook-da baş naziri insanları “qələbə” vədləri ilə aldatmaqda günahlandırıb. “Lənət olsun sənə, Nikol”- o yazıb.

17 müxalifət partiyasının nümayəndələri kollektiv bir bəyanat yayaraq üçtərəfli bəyanatı “tariximizin ən biabırçı səhifəsi” adlandırdılar. Torpaq və dövlətçiliyi qoruyan əsgərlərin arxasında və hamımızın cəbhədə qanı üzərindən xain bir müqavilə imzalandı,- deyə vurğuladılar.

Rejissor və televiziya aparıcısı Tiqran Keosayan Paşinyanın “parça-parla ediləcəyini” irəli sürdü və özündən əlavə etdi: “Cəhənnəmdə yan, eybəcər məxluq!” Uzun müddətdir ki, Ermənistanın baş naziri ilə qiyabi müzakirə aparan həyat yoldaşı Marqarita Simonyan da oxşar ifadəni işlədərək “indi eyni fikirlər İrəvanda, Paşinyanın Feysbuk-unda və mənim mətbəximdə hökm sürür” dedi.

Gecə İrəvan sakinləri parlamentin binasına basqın etdilər, spiker Ararat Mirzoyanı döydülər və naməlum bir yerdə gizlənməyə davam edən Paşinyanın iqamətgahını talan etdilər.

Etirazçılar baş nazirin impiçment edilməsini və hakimiyyətin dərhal orduya verilməsini tələb edirlər. Bunu qanuni olaraq etmək hələ də real deyil: barışıq razılaşmasından əvvəl də 17 erməni partiyasının Paşinyanın istefasını tələb etməsinə baxmayaraq, Ermənistan parlamentindəki yerlərin əksəriyyəti (132-dən 88-i) indi baş naziri dəstəkləyən “Mənim addımım” partiyasının fraksiyasına məxsusdur. Bundan əlavə, respublikada hələ də hərbi vəziyyət qüvvədədir, bu da rəhbər dəyişikliyinə imkan vermir.sia.az

Müəllif: Renat Abdullin

Tərcümə: Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button