Mədəniyyət

Xalq yazıçısı Elçinin pyesləri Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 30 azərbaycanlı müəllifin 46 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq türkiyəli oxucuların diqqətinə təqdim edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin davamı olaraq Xalq yazıçısı Elçinin pyeslər toplusu Türkiyə türkcəsində çap olunub. Kitaba ədibin “Poçt şöbəsində xəyal”, “Ah, Paris, Paris!”, “Qatil” pyesləri daxil edilib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button