Cəmiyyət

“Bir qisim də xaçaturların və ovaneslərin nəvə – nəticələridir”-MİLLƏT VƏKİLİ

“Hamı Fazil Mustafanı fərqli fikirə, fərqli düşüncəyə sahib olan intellektuallardan biri kimi tanıyır. Dövlət və millət qarşısında çox böyük işləri var. Milli Məclisin ən intellektual deputatı sayılır. Son zamanlar ona qarşı edilən həqarətlər artıq əxlaqsızlıq həddinə gəlib çatıb. Atası – el ağsaqqalı Qəzənfər dayı haqqında ağızlarına gələni danışırlar”.

“Qəzənfər dayı mənim tanıdığım ləyaqətli və namuslu kişilərdən biridir. 10 ildir dünyasını dəyişib. Qəzənfər dayı haqqında ləyaqətsiz ifadələr işlədənlər illərlədir ki, dədəsini, anasını, ailəsini atıb xaricdə sığınacaq tapan yaramaz adamlardır. Onlar üçün belə dəyərlər qətiyyən əhəmiyyət kəsb etmir. Adını kişi qoyan şəxs dünyasını dəyişmiş insanı təhqir etməz. Özü də xaricdən, təhlükəsiz yerdən…Professor Kamil Vəli yazır ki, Unutmayaq ki, biz yalnız Babəkin, Koroğlunun, Qaçaq Nəbinin deyil, həm də Keçəl Həmzənin, Xudayar bəyin…nəvə-nəticələriyik…

Haqlısınız Kamil müəllim! Bir az da uzağa getmək lazımdır. Bir qisim də xaçaturların və ovaneslərin nəvə – nəticələridir. Xaçaturlar və ovaneslər də dünyasını dəyişmiz əzizlərimizi təhqir edirlər…” – Xatırladaq ki,bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev “Facebook” səhifəsində qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button