SağlamlıqYazarlar

Bizi ölümə aparan yağlar – ARAŞDIRMA

“Ucuz malın alıcısı çox olur”,- deyirlər. Lakin belə bir deyim də mövcuddur: “Ucuz ətin şorbası olmaz”. Biz ətdən danışmasaq da, bütün evlərdə ət məhsullarından daha çox istifadə olunan ucuz bitki yağlarından, xüsusilə, günəbaxan yağından danışacağıq.

Günəbaxan yağı yağ əridən vitamin hesab olunan E vitamininin başlıca mənbəyidir, endokrin vəzilərin funksiyalarına təsir edir, zülalların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir.  Günəbaxan yağının faydalarını saymaqla bitməz. DSK-nın bitki yağları və marqarinin adambaşına istehlakı üzrə məlumatları göstərir ki,  ildə hər adamın payına bütövlükdə bu yağlardan 8,4 kq düşür.

Bəs bu gün satışda olan yağlar faydalıdırmı, istifadəyə yararlıdırmı? Bu barədə araşdırma apararkən nəticələr heç də ürəkaçan olmadı. Mağaza satıcıları ilə apardığımız sorğunun nəticəsinə görə ən çox satılan yağlar ucuz günəbaxan yağlardır ki, bu yağların da qiyməti 1.90 AZN-dən başlayır. 1 kq günəbaxan tumu isə alıcılara 2-3 AZN-ə təklif olunur. Məlumdur ki, 1 litr günəbaxan yağı əldə etmək üçün xeyli miqdarda günəbaxan tumu lazımdır. Belə halda, təxminən 2 manata təklif olunan yağların təbii və faydalı olması ağlabatan deyil. Burdan isə belə bir nəticəyə gəlmək olar ki, ölkədə satılan günəbaxan yağlarının böyük hissəsi saxtadır. Saxta yağların insan orqanizminə təsirini öyrənmək üçün mütəxəssislərin fikirlərini araşdırdıq:
Tədqiqatçıların araşdırmasına görə, “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq məhv edir.
Britaniyalı ekspertlər də yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Demə, xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur.
Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə, ya da nehrə yağından istifadə etməyi məsləhət görür.

Ruslan Abbas
Analoq.az

Teqlər
Daha çox
Back to top button
Close