AktualBanner

İran rejimi ilə İmam Hüseynin və Əhi – Beytinin başını kəsən Yezid bin Müaviyyə rejiminin fərqi

İran rejimi ilə İmam Hüseynin və Əhi – Beytinin başını kəsən Yezid bin Müaviyyə rejiminin fərqi

1. Yezid yol verdiyi səhvdən sonra sağ qalanları Dəməşqə gətirib söz haqqını tanıdı, hətta öz sarayında İmam Hüseynin oğlu Əli Zeynəlabidinin, Həzrət Zeynəbin sərt tənqidlərinə, üsyankar çıxışlarına loyal yanaşdı, dözümlülük göstərdi, onlara tribuna verdi-

İran isə müxalifətə, milli fəallara söz haqqı tanımır, tribuna vermir, səhvlərini düzəltmir, amansızca hamını susdurur.

2. Yezid müxalifləri, Əhli Beytin sağ qalan üzvlərini və digər şəxsləri ədəb – ərkanla, təhlükəsizliklərini təmin edərək Mədinə şəhərinə yola saldı və onlara bir daha toxunmadı, onları öldürmədi, edam etmədi. Mədinədə oturub Kərbəlaya gəlməyən Əhli Beyt üzvləri ilə də əvvəldən işi yox idi və yenə də toxunmadı –

İran isə rejimə qarşı çıxan hər kəsi şərləyərək təhqir edir, asır, işgəncə verir.

3. Yezidin hakimiyyəti dövründə Güney Azərbaycan xalqı daha azad idi, öz dilində, hətta Şimal nahiyələrdə əksər əhali öz dinində qalırdı. Vaxtilə Cavanşirin xəlifə Müaviyyə ilə anlaşmasına əsasən cüzi vergi ilə yarımmüstəqil formada qalmışdı. Yəni Yezid öz hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı heç bir xüsusi zülm etməmişdi. Doğrudur, İmam Hüseynin şəhadəti və Mədinə əhalisinin qırğını bütün İslam aləmi kimi Azərbaycan müsəlmanlarını da mənəvi cəhətdən incitmişdi, lakin Yezidin xüsusi olaraq əhalimizin haqlarına təcavüz siyasəti yox idi –

Lakin İran rejimi Yeziddən fərqli olaraq öz ölkəsində yaşayan sünni müsəlmanlara, mötədil şiələrə, bəhailərə, sələfilərə və digər əqidədə olan insanlara qarşı düşmən münasibəti və siyasəti yürüdür, repressiyaya məruz qoyur. Ələlxüsus da ki, Azərbaycan xalqının Həzrət Əlinin xilafəti zamanında, hətta Yezidin və atası Müaviyyənin zamanında olduğu hüquq və azadlıqlarını tanımır.
Güney Azərbaycan xalqına qarşı Yezidin dövründəkinin əksinə olaraq dillərini əlindən alır, istismar edir, hətta uşaqlarına qoyduqları türk adlarına belə imkan vermir, bütün sərvətlərini talayaraq fars milli şovinist ideoloji xəttinin inkişafına və dünya müsəlmanlarının əleyhinə istifadə edir. Yezidin xilafəti dövründə Azərbaycanda ana dilində minlərlə mədrəsə, məktəb vardı, xalq öz dilində oxuyub yazırdı, xalqın milli kimliyinə toxunulmurdu.

4. Yezid etdiyi zülmləri din adı altında etmirdi və Əhli Beyti, Quranı özünə qalxan etmirdi. Etdiyi günahları, siyasi səhvləri aşkar edirdi, İmam Hüseyni də gizli şəkildə terror etmədi, zəhərlətmədi, ev dustağı da etmədi-

Lakin İran rejimi bütün cinayətlərinə Əhli Beyti, Quranı, İslamı şərik etmək istəyir və qurduğu gizli anti – İslam ideologiyasını İslam adı ilə pərdələyir. Yezid kimi açıq deyil, gizli şəkildə terror edir, baş kəsdirir, məzhəblərarası təxribat salır. Ayətullah seyid Burqui kimi böyük əllaməni rafizi ideologiyasının başdan ayağa anti-İslam olduğunu əsərlərində yazdığı üçün dustaq edib sonra da terror edən rejim, Ayətullah seyid Muhəmməd Kazım Şəriətmədarini dinin siyasətdən ayrı olmasını dilə gətirdiyi üçün, türklərə azadlıq, müstəqillik tələb etdiyi üçün işgəncələrə məruz qoyub dustaq edib aradan götürən rejim, Ayətullah seyid Hüseynəli Müntəzirini törədilən məhkəməsiz qətllərə, haqsız edamlara, fərqli düşünənlərin öldürülməsinə etiraz etdiyinə görə bütün imtiyazlarını əlindən alıb ev dustağı edib aradan götürən rejim minlərlə Əhli Beyt soyundan olana, milyonlarla Əhli Beyt yolçusuna zülm edib, dərisini soyub, sındırıb, öldürüb. Yezidin öldürdüyü seyidlərdən qat – qat artıq seyid Peyğəmbər övladının qanını töküb İran.

5. Yezidin hakimiyyəti və zülmü cəmi 3 il çəkdi-

Ancaq İran rejimi 43 ildir zülmə, repressiyaya, insanlıq əleyhinə cinayətlərə davam edir. Yezid bir Hüseyn öldürmüşdüsə İran milyonlarla Hüseyn öldürür. İraq – İran savaşında 1 milyon şiənin qanını axıtdı. Ancaq İmam Həsən qanuni xəlifəliyini digər rəqibi, Yezidin atası Müaviyyəyə güzəştə getdi ki, müsəlman qanı tökülməsin. İran isə İraqın qanuni haqqı olan Şəttul ərəb çayının sahilini güzəştə getmədi və 8 illik savaşla milyonlarla müsəlmanı qırğına verdi.

6. Yezid fərqli bir ideologiya yaratmamışdı, onu yaratmağa potensialı da yox idi. Sadəcə cahil və səriştəsiz, təsadüfi rəhbər olduğu üçün idarəçiliyində sonralar məhz özünün həm siyasi, həm də fiziki sonunu gətirəcək aqibətə yol açan işlər görürdü. Mövcud olan Əməvi – ərəbçilik təəssübkeşliyi atası Müaviyyənin və özündən sonrakı Əməvi xəlifələrinin nəsil düşmənliyi əsasında yaratdığı mühitdın doğurdu –

Ancaq İran vilayəti – fəqih sistemi, məzhəbçilik və İslamı təhrif etməklə yaratdığı qədim fars dinlərinə xas ideologiya yaradıb, bu ideologiya müsəlmanların ümumi mənafeyinə yox, məhz fars özəkli İran imperiyasının gələcəyinə xidmət edir. Odur ki, dünyada müsəlmanlara düşmən olan, tarixdə və hazırda müsəlmanlarla savaşıb qanını tökmüş hansı dövlət, qurum varsa İran onunla dost, müttəfiqdir. İran Uyğur türklərini qıran Çinlə, Kəşmir müsəlmanlarını qıran Hindistanla, Xocalıda Azərbaycan xalqına qarşı genosid törədən Ermənistanla, öz müsəlman xalqının qanını tökən Suriya rejimi ilə dost və müttəfiqdir. Yezid isə öz hakimiyyəti dövründə daxili siyasətdə uğursuz addımlar atsa da xarici siyasətdə indiki İran rejimi kimi müsəlmanların haqqını, hüququ, qürurunu İslam düşmənlərinə satmamışdı. Ermənilərə qılınc, nizə, ox verib Azərbaycan xalqının üstünə qaldırmışdı. Lakin İran bütün müsəlmanların inancını, müqəddəslərini təhqir edir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button