Gündəm

Jurnalistlərin binasında dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Analoq.az xəbər verir ki, bu gün Səbail rayonu Salyan şosesi-2 ünvanında yerləşən jurnalistlərin yaşadığı binada koronavirusla bağlı dezinfeksiya işləri aparılıb:

Jurnalistlərin yaşadığı 1-ci binada ümumilikdə 2 blok, 17 mərtəbəli və 1000 nəfərdən artıq insanın yaşadığı ərazidə kompleks dezinfeksiya tədbirləri həyata keçirilirdi.

Binada ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb.

Turan Etibaroğlu
Analoq.az


Daha çox
Back to top button
Close