Dünya

Polis zorakılığına qarşı etiraz nümayişləri keçirilib

Fransada irqçilik və polis zorakılığına qarşı etiraz nümayişləri keçirilib.

Analoq.az-ın məlumatına görə, koronavirus epidemiyasına görə 10 nəfərdən çox insanın toplaşması rəsmi olaraq qadağan olmasına baxmayaraq, Fransa Daxili İşlər Nazirliyi bu mövzu ilə bağlı ümumdünya emosiyasını nəzərə alaraq nümayişə icazə verib.

Nümayişdən əvvəl paytaxt prefekturası nümayişin keçiriləcəyi küçələrdə ticarət obyektlərinin bağlı olmasını tövsiyyə edib. Parisdə 15 min nümayişçi Respublika Meydanına toplaşıb. Polis nümayişçilərin Opera istiqamətində irəliləməsinə mane olub. Nümayiş zamanı saxlanılan 26 nəfərdən 12-si ifrat-sağçıdır.

Nümayişə mane olmağa cəhd edən ifrat-sağçılar üzərində “Ağlara qarşı rasizmin qurbanlarına ədalət” yazılan böyük banderolu meydandanın ətrafındakı çox mərtəbəli binadan asıblar.

Qeyd edək ki, Bordo, Lion, Nant, Nansi, Metz, Bözanson kimi digər şəhərlərdə də nümayişlər keçirilib.

Teqlər
Daha çox
Back to top button
Close