Dünya

Səhiyyə naziri koronavirusa yoluxub

Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub. Analoq.az xəbər verir ki, nazir bu barədə Feysbuk hesabı vasitəsilə məlumat verib.

Nazirin sözlərinə görə, o, koronavirus infeksiyası ilə hospitala yerləşdirilib.

“Riayət etdiyim bütün ciddi sanitariya tədbirlərinə baxmayaraq, risklər həmişə var. Bu, xüsusilə, işləyən və distant işləyə bilməyənlərə aidddir”, – Birtanov qeyd edib.

Birtanov bütün qazaxıstanlılardan “şəxsi karantin”ə və profilaktik tövsiyələrə riayət etmələrini xahiş edib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button