Şou

Xalq artistinin doğum günüdür

İyunun 14-də Azərbaycan estradasının tanınmış simalarından biri, Xalq artisti- Röya Ayxanın doğum günüdür.

Röya Ayxan 1982-ci il iyun ayının 14-də Qobuda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq” fakultəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo ifaçılığa başlayıb.

İfaçı 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
2019-cu ildə Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülmüşdür.

Analoq.az saytı olaraq sevilən ifaçı, Xalq artisti Röya Ayxanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button