DünyaSağlamlıq

Bütün dünyanın gözlədiyi xəbər – COVİD-19-un vaksini hazırdır

İtaliya, Fransa, Almaniya və Hollandiya Böyük Britaniya-İsveç farmasevtik şirkəti olan “AstraZeneca” ilə koronavirus qarşı 400 milyon vaksin tədarükü barəsində razılaşma əldə ediblər.Dərmanın ilk partiyası ilin sonuna kimi çatdıralacağı gözlənilir.

Analoq.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində İtaliya səhiyyə naziri Roberto Sperantsa yazıb.

Nazir qeyd edib ki, söhbət Oksford universitetinin yeni araşdırmalarından gedir. Hazırda vaksinin sınağı gedir və payıza kimi bu sınaqların bitəcəyi gözlənilir.

“AstraZeneca” həmçinin ABŞ və Böyük Britaniyadan da sifariş alıb.

Şirkət epidemiyanın qarşısını almaq üçün Qlobal Koalisiya və vaksinlər üzrə Qlobal alyansla 300 milyon vaksin barəsində razlaşma əldə edib.

Analoq.az

Daha çox
Back to top button
Close