Ölkə

Lənkəranda bir nəfər çayda batıb

Analoq.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button