İdman

“Real-Sosyedad”la “Atletiko” xal itirib, “Real” qələbə qazanıb

İspaniya La Liqasında XXVIII tur başa çatıb.

Analoq.az xəbər verir ki, turun son günündə 3 qarşılaşma keçirilib.

Çempionluq mübarizəsi aparan “Real” evdə “Eybar”ı sınağa çəkib. Madridlilər görüşün taleyini ilk yarıdakı üç qolla həll edib. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb.

Çempionlar Liqasına vəsiqə qazanmağa iddialılar xal itkisi ilə üzləşib. “Atletiko” səfərdə “Atletik”lə heç-heçə edib.

“Real-Sosyedad” isə “Osasuna” ilə görüşüb. Hərəyə bir qol vuran rəqiblər bir xalla kifayətlənib.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 15-18-də keçiriləcək.

İspaniya La Liqası
XXVIII tur
14 iyun
“Atletik” – “Atletiko” – 1:1
Muniayn, 37 – Dieqo Kosta, 39
“Real” – “Eybar” – 3:1
Kroos, 4, Ramos, 30, Marselo, 37 – Biqas, 60
“Real-Sosyedad” – “Osasuna” – 1:1
Oyarzabal, 61 – Lopes, 29 (pen.)

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close