Gündəm

Tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan dünyasını dəyişdi

Azərbaycan mətbuatına ağır itki üz verib.

Tanınmış foto-jurnalist,əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalı laureatı Fərman Bağırov bu gün koronavirusdan müalicə aldığı xəstəxanada 84 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Bağırov Fərman Rza oğlu 1936-cı ildə Bakı şəhərində anadan olub.Fərman Bağırov uzun illər “Kommunist” və “Azərbaycan” qəzetlərində çalışıb.Dövlət tərəfindən əməyi yüksək qiymətləndirilib. Belə ki, jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı və 2005-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı və 2013-cü ildə Jurnalistlər Binasında evlə mükafatlandırılıb.

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button