İqtisadiyyat

Türk lirəsi Suriyanın əsas ticarət valyutasına çevrilir

Türkiyə lirəsi Suriyanın əsas ticarət valyutasına çevrilir

ABŞ və Aİ-nin yeni sanksiyaları Suriyada milli valyutanın çökməsinə səbəb oldu. 9 illik müharibədən sonra ölkə iqtisadiyyatı artıq fəlakətli vəziyyətə düşmüşdü, lakin indi buna dərin valyuta böhranı əlavə edildi. İlin əvvəlindən bəri Suriya funt sterlinqi 250% dəyərdən düşüb.

Analoq.az xarici mətbuata istinadən xəbər verir ki,bu fonda yerli iş adamları getdikcə türk lirəsinə üstünlük verirlər – xüsusən Suriyanın şimalında, Türkiyənin təsir dairələrində.

Mari şəhərinin viste-meri Omar Kureyb deyir ki:

“Son iki ayda funt kəskin şəkildə aşağı düşdü. Bu, ərzaq məhsullarının bahalaşmasına səbəb oldu. Buna görə də şəhər məclisi bütün sakinləri burada
istifadə edildiyi üçün hesablaşmalarında türk pullarından istifadə etmələrini xaiş etdi”.

Şəhər sakinlərinin fikrincə, onlar üçün türk valyutası ilə ödəmək həqiqətən daha əlverişlidir. “Lira Suriya pulundan daha sabitdir. Kurs davamlı olaraq dəyişir, insanlar qida və ya benzinin sabah hansı qiymətə olacağını bilmirlər”.

İslam Dövlətinin yaraqlıları sıradan çıxarıldıqdan sonra müharibə gedən ərazilərdə həyat qayıtmağa başladığı görünürdü. Ancaq bu gün, sanksiyalar və Suriyada milli valyutanın çökməsi fonunda bir çox məhsul yenidən rəflərdən yoxa çıxıb, daha çox suriyalı da yoxsulluq həddindədir

Analoq.az

Daha çox
Back to top button
Close