Cəmiyyət

Yeniyetmə maşınla 3 yaşlı uşağı vurdu

Göygöl rayonunda yeniyetmə maşınla azyaşlını vurub.

Analoq.az xəbər verir ki, hadisə iyunun 14-də rayon ərazisində baş verib. Yeniyetmə və sürücülük vəsiqəsi olmayan Burucov Ramil Niyaməddin oğlu qanunsuz idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə rayon sakini, 2017-ci il təvəllüdlü Ruzi İmanovu vurub. Qəza nəticəsində uşaq bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər
Daha çox
Back to top button
Close