İdman
Zidandan uğurlu göstərici
“Real”ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun çalışdırıcıları arasında qələbə sayına görə ikincidir.
Analoq.az xəbər verir ki,fransalı mütəxxəsis bu göstəriciyə La Liqanın 28-ci turunda “Eybar” üzərində qələbə (3:1) ilə nail olub.
Bu, “Real”ın Zidanın rəhbərliyi ilə 90-cı qələbəsidir. Zidan bununla da Leo Benhakkeri (89) qabaqlayıb və yalnız Migel Munosdan (257) geri qalır.
Qeyd edək ki, “Real” Zidanla 200 oyunun 132-də qalib gəlib.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]