Cəmiyyət

BNA-nı daim tənqid edən deputat – “Oy nə gözəl, nə gözəl”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Analoq.az xəbər verir ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:

“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan”.

Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır: “Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button