Aktual

İcra başçısı Gədəbəy dağlarında bulaq zəbt edib -FOTO

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub.

Bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

Cavanşir Həsənli qeyd edib ki , keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına “DAŞLI BULAQ -A” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı “Daşlı Bulaq” qablaşdırma müəssisəsində qablaşdırılır/moderator

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button