Sağlamlıq

Azərbaycanda 338 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 338 yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Analoq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4588 nəfərdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 391 min 699 test aparılıb.

Daha çox
Back to top button
Close