Rəsmi

Kamran Əliyev veteran və pensiyaya çıxmış prokurorlarla görüşüb – Foto

Dekabrın 28-də Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri və prokurorluğun digər veteranları arasında görüş keçirilib.Bu barədə 525.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, görüş iştirakçıları əvvəlcə Baş Prokurorluğun binasının foyesində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

Tədbirdə çıxış edən Kamran Əliyev birliyin İdarə heyətini və onların ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, onlara sağlam və xoşbəxt həyat arzulamışdır.

Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratdığını vurğulamışdır.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi, infrastrukturunun yaxşılaşdırıldığı vurğulanmış, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilmişdir.

Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur.

Təbrikə görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, bundan sonra da prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır.

Tədbirdə həmçinin Mircavan Kazımov, Ruslan Hacıyev, Elxan Əsgərov, İlham Məmmədov, Zahid Vəliyev, Roza Şıxsəidova və prokurorluğun digər veteranları da çıxış edərək bu kimi görüşlərin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd etmişlər.

Sonda xatirə fotoşəkli çəkdirilmişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button