Cəmiyyət

“Gah yolları bağlayırlar, gah açırlar, gah karantin edirlər”-MİLLƏT VƏKİLİ

İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.Analoq.az xəbər verir ki, sərt karantindən öncə digər şəhər və rayon qeydiyyatında olanların əksəriyyəti öz regionlarına dönüblər.

İşi paytaxtda olanlar isə bu gün Bakıya qayıdıblar və bu, yollarda kilometrlərlə yaranan tıxac problemlərə səbəb olub.

Millət vəkili Musa Quliyev Qazet.az-a açıqlamasında insanların məsələyə məsuliyyətlə yanaşmalı olduğunu qeyd edib.

“Belə hallar virusun yayılmasına pis təsir göstərəcək. Bizim hər birimiz çalışmalıyıq ki, üç vacib şərtə əməl edək – sosial məsafəni gözləyək, qapalı məkanlarda maskadan istifadə edək, dezinfeksiyaedici vasitələrdən istifadə edək, əllərimizi tez-tez yuyaq. Biz bu əsas üç şərtə əməl etməsək, yoluxma sayı da çox olacaq. Həftəsonu müxtəlif bölgələrdən gələn insanlar bir-birilərini yoluxduracaq, onlar da öz rayonuna, kəndinə gedib oradakı insanları yoluxduracaq. Belə məsələlərdə insanlar gərək məsuliyyətli olsun. Lazımi orqanlar da gərək düzgün taktika seçsinlər. Gah yolları bağlayırlar, gah açırlar, gah karantin edirlər. Bunu düşünmək lazımdır”, – deyə M. Quliyev əlavə etdi.

Analoq.az

Daha çox
Back to top button
Close