Ölkə

Gündüz İsmayılov: “ABŞ Dövlət Departamentinin adıçəkilən hesabatını obyektiv qəbul etmirik”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyətinə dair 2019-cu il üçün illik hesabatında Azərbaycanla bağlı hissəyə münasibət bildirib. Sədr müavini REALTV-yə müsahibəsində bununla bağlı bir sıra məqamlara aydınlıq gətirib: “Biz bu hesabatı əvvəlki dövrün hesabatları ilə müqayisə etdikdə müəyyən müsbət dəyişikliklərin şahidi oluruq”.

Gündüz İsmayılov vurğulayıb ki, builki hesabatda Azərbaycanla bağlı müsbət fikirlər, rəylər çoxdur. “Amma ümumi hesabata gəlincə isə, ABŞ Dövlət Departamentinin adıçəkilən hesabatını obyektiv qəbul etmirik”-,deyə sədr müavini əlavə edib.

DQİDK-nın sədr müavini dini sahədə ölkəmizi narahat edən məqamlara da toxunub: “Bu gün dini sahədə bizi narahat edən başqa məsələlərdir. Bizi narahat edən dinin siyasiləşdirilməsi, məzhəbçilik istiqamətində bəzi dairələrin məqsədyönlu şəkildə fəaliyyətidir”.

Analoq.az

Daha çox
Back to top button
Close