Cəmiyyət

KİVDF-nin loqosunda da dəyişiklik edilib-FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 aprel tarixli Sərəncamı ilə Əhməd İsmayılovun Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsinə təyin edilməsindən sonra qurumun fəaliyyətinin yenidən qurulması istiqamətində bir sıra işlər həyata keçirilir.

Analoq.az xəbər verir ki, hazırda qurumun fəaliyyətinin Nizamnamə və KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun təşkili ilə yanaşı, bir sıra texniki işlər, o cümlədən, qurumun internet resurslarının, sosial şəbəkə səhifələrinin yenidən qurulması üzərində iş gedir. KİVDF-nin saytı yenidən qurulur.

Bundan başqa, KİVDF-nin loqosunda da dəyişiklik edilib. Belə ki, əvvəl istifadə olunan loqodakı rəng və hərf şriftləri dəyişdirilib.

Əvvəlki loqo

Yeni loqo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button