Dünya

Liviyada partlayıcı maddələr 39 nəfərin ölümünə səbəb oldu-SON DƏQİQƏ

Liviyanın paytaxtı Tripolinin cənubunda Hafter milisləri tərəfindən partladılan partlayıcı maddələr və minalardan 110 nəfərin həyatına zərər vurub.

Analoq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hafter milisləri tərəfindən partladılan partlayıcı maddələrdən bu günə qədər 39 nəfər ölüb, 71 nəfər yaralanıb.

Həyatını itirən insanlar arasında mülki şəxslər də var. Türk Silahlı Qüvvələri də milislərin yarandığı əraziləri təmizləmək üçün çalışır.

Xatırladaq ki, 13 İyunda Milli Müdafiə Nazirliyi “Tvitter” hesabında tutulan Hafter qüvvələri və mina sistemləri tərəfindən tələyə düşmüş partlayıcı maddələr və minalardan təmizlənmə işlərinə başlanıldığını bildirib.

Aynurə Paşayeva

Analoq.az

Daha çox
Back to top button
Close