Cəmiyyət

Mais Ağayevin əyləncəsi dövlət büdcəsinə neçə manata başa gəlir?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin istifadə etdiyi maska tənqidlərə səbəb olub.

Analoq.az aztoday.az-a istinadən bildirir ki, adətən özünün qalmaqallı açıqlamalarıyla gündəmə gələn Mais Ağayev bu dəfə qeyri-adi tibbi maskasına görə hədəfə gəlib. Sosial şəbəkə istifadəçiləri haqlı olaraq vurğulayır ki, vətəndaşların ödədiyi vergi hesabına tibbi maskayla təmin olunan agentlik rəsmisi 30 qəpiklik deyil bahalı maskadan istifadə edir. Hələ bu azmış kimi üzərində “BNA. Bakı Nəqliyyat Agentliyi” yazılmış və formasına görə də eksklüziv olaraq hazırlandığı aşkar görünən maskanı taxan Mais Ağayev onu sosial şəbkələrdə paylaşaraq vergi ödəyicilərinə qarşı hörmətsizlik nümayiş etdirir.

Görən Mais Ağayev bilirmi ki, bütün dünyada dövlət və özəl təşkilatlar pandemiyaya görə bütün vacib olmayan xərclərindən imitina edib? Bu durumda eksklüziv loqolu maskanın hazırlanması və onu insanlara bu fotoşəkillə təqdim edilməsi vergi ödəyicilərinin (vətəndaşlarımızın) gözləri qarşısında küçəyə pul tökməkdir. İndi dünyada və ölkəmizdə xeyli şirkət təyinat istiqamətini dəyişərək, yaxud yenicə fəalliyyətə başlayaraq tibbi maska və digər tibbi ləvazimatlar istehsal edir. Yaxud xəbəri varmı ki, dövlətlər tibbi maskanın ölkədən çıxışına qadağa qoyublar. Dövlətlər maskaya görə diplomatik münaqişə yaşayıb. Çünki indiki dövrdə tibbi maska strateji məhsul sayılır. Mais Ağayev strateji məhsulla əylənir. Görən onun əyləncəsi dövlət büdcəinə neçə manata başa gəlib?

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button