Cəmiyyət

Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim istintaqa CƏLB OLUNDU

4 ay əvvəl Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirdiyini ictimailəşdirmişdik. Məsələ ilə bağlı Elm və Təhsil Naziliyi, eləcə də müvafiq regional təhsil şöbəsi dini görüşlərini şagirdlər arasında təbliğ edən pedaqoqa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

Müəllim verilmiş cəzadan nəticə çıxarmayıb.

4 ay səssizliyə qapanan Nailə Babayeva yenidən dini görüşlərinin təbliğatı ilə fəaliyyətə başlayıb. Bu dəfə o, dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. “Riyaziyat müəllimləri”, “Prezidentə dəstək”, “Yevlax məktəb” kimi qruplarda məktəbə, təhsilə aid olmayan mövzuların, konkret olaraq prezidentin Mossad tərəfindən qorunduğunun, sionist olmasının propaqandasını aparır.

Maraqlıdır, təhlükəli çağırışlarla dövlət maraqlarına əks və zərərli mövqe aşılayan Nailə Babayevanın əməllərinə niyə hüquqi qiymət verilmir? Bizim.Media-ya açıqlama verən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sözügedən məsələ ilə bağlı istintaq getdiyini bildirib.

Xatırladaq ki, 4 ay əvvəl Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayeva şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirmişdi.

Yayılan videogörüntülərdə müəllimin hicablı olması, tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button