Ölkə

Sizin “məsuliyyətsiz”, “eqoist” adlandırdığınız vətəndaş indi bildinizmi sizə niyə inanmır?” – Məşhur jurnalist

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi  Hande Harmancının sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

Azərbaycanın koronavirusla ciddi mübarizə aparıb, itkilər verdiyi zamanda Hande Harmancının Qubada istirahətdə olması insanların qınaq obyektinə çevrilib.

Analoq.az xəbər verir ki, məşhur jurnalist Əzizə İsmayılova da məsələyə münasibətsiz ötüşməyib.

Jurnalistin feysbuk hesabındakı paylaşımını olduğu kimi təqdim edirik:

“Tanış olun, ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmancı…Qubada təbiətin dadını çıxarır. Halindən də çox məmnun, əvəlallah…

Və bu cür məsuliyyətsiz, eqoist insanlar 10 milyonluq xalqın taleyi ilə oynayacaq qərarlar verirlər azdır, hələ bir çıxıb “məsuliyyətsiz”, “eqoist” deyib, öz yanlış qərarlarının ortaya qoyduğu bütün nəticələrə görə xalqı da günahkar çıxar, aşağılayırlar..

Yayın bu cırhacırında camaatı evə qapadıb, polisləri, əsgərləri küçələrə töküb özləri Qubada kef edirlər.

Sizin “məsuliyyətsiz”,”eqoist” adlandırdığınız vətəndaş indi bildinizmi sizə niyə inanmır?”

Analoq.az

Daha çox
Back to top button
Close