İdman

UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi

UEFA Çempionlar Liqasının qalan matçları ilə bağlı qərar verib.

Analoq.az xəbər verir ki,ÇL-in görüşləri Lissabonda “səkkizlər finalı” formatında oynanılacaq. 1/4 finalın matçları 12-15 avqust, yarımfinal 18-19 avqust, finalın isə 23 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

“Səkkizlər finalı”nın püşakatması iyulun ortası Nyonda olacaq.

1/8 finalın “Yuventus” – “Lion” və “Barselona” – “Napoli” görüşləri müvafiq olaraq 7, 8 avqustda Turində və Barselonada keçiriləcək.  “Mançester Siti” – “Real” və “Bavariya” – “Çelsi” görüşlərinin məkanı isə hələ müəyyənləşməyib.

Yeni qərarla  İstanbulun builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcəyi vurğulanıb. Sankt-Peterburqda isə 2021/2022 mövsümündəki final oynanılacaq.

Bundan başqa, UEFA Superkuboku isə sentyabrın 24-ü Budapeştdə olacaq.

 

Teqlər
Daha çox
Back to top button
Close