Cəmiyyət

“Xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu”-MİLLƏT VƏKİLİNDƏN REAKSİYA

Millət vəkili Razi Nurullayev Rusiya-Azərbaycan sərhədində soydaşlarımızın yerə uzadılmasıyla bağlı yayılan fotoya münasibət bildirib.

Analoq.az xəbər verir ki,millət vəkili “Facebook” hesabında qeyd edib ki,xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu, nəfəsimi kəsdi, inamımı yerlə-yeksan etdi. Rusiya OMON-nun bizim vətəndaşları bu şəkildə alçaltması söz deməyə yer qoymur.

Sözü Xarici işlər naziri Elmar Məmmədyarov deməlidir və bu açıqlamanı gözləyirik. Çıxın Tv-lərə və izahat verin. Sizi günahlandırmaq istəmirik, amma deyin ki, buna səbəb nə olub və sizin etirazınızın mətni və atdığınız addımların faktları haradadır?

Biz uca millətik, müstəqil Azərbaycanın vətəndaşlarıyıq və ölkəmizin vətəndaşlarına qarşı bu şəkildə davranış ölkəmizi təhqir etməkdir. Bu məsələyə münasibət bildirmək və pisləmək üçün icazə gözləmək lazım deyil, cənab nazir! Bunu sizin yerinizə heç kim etməli deyil!

Analoq.az

Daha çox
Back to top button
Close