Mədəniyyət

Musiqiçilərin birinci beynəlxalq onlayn müsabiqəsi keçiriləcək

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) həmin akademiyanın bazalı elmi-eksperimental laboratoriyası olan orta ixtisas musiqi məktəb-studiyanın 40 illiyinə həsr olunmuş (layihənin müəllifi – professor Tərlan Seyidov) ifaçı musiqiçilərin birinci beynəlxalq onlayn müsabiqəsinə hazırlaşır.

BMA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə, hər bir iştirakçının qarşısında qeyri-adi və çətin bir vəzifə – üç ziddiyyətli musiqi janrının – akademik, xalq və caz musiqisinin qeyri-adi birləşməsindən ibarət bir proqramın ifasında özünü ifadə edə bilməsi dayanır.

Bütün yaş qruplarının iştirakı ilə nəzərdə tutulan bu müsabiqədə “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “Vokal”, “İnstirumeuntal və vokal ansambllar” nominasiyaları təqdim olunacaq.

İştirakçıların ifasını BMA-nın rektoru, Xalq artisti professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə nüfuzlu beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Müsabiqəyə son qeydiyyat sentyabrın 30-dək aparılacaq.

Daha çox
Back to top button
Close