Kriminal

Nərimanov rayonunda avtomobil oğurlayan şəxslər saxlanılıblar

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinə şikayət edərək nəqliyyat vasitəsini oğurlayan şəxslərin saxlanılmasını xahiş edib.

Nərimanov Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırma zamanı müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Qaçırılan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elgün Heydərov və Məmmədbağır Qasımovin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ-nin 17-Polis Şöbəsinə müraciət edə bilərlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button