Dünya

Ərdoğan Atatürkün məzarını ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbri ziyarət edib.

Bildirilib ki, ziyarət zamanı onu Türkiyənin dövlət rəsmiləri, siyasi partiyaların liderləri müşayiət ediblər.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Onun cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button