BannerMaraqlı

“Ömürlük” cəzadan qurtulan sabiq nazirin həbsdən azad olunmasını Jak Şirak xahiş edibmiş

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib. O, 81 yaşında dünyasını dəyişib. Mərhum Gəncədə torpağa tapşırılacaq.

Müzamil Abdullayev 1941-ci ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub.

1961 -1966-cı illərdə mədən və filiz kombinatında işləyib. 1961-1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, Krasnodar Politexnik İnstitutunda şərabçı-texnoloq ixtisasında təhsil də alıb.

1967-1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxuyub və kənd təsərrüfatı elmləri namizədi olub.

1970-1975-cu illərdə Gəncə(o zaman Kirovabad) Nizami şərab zavodunun baş mühəndisi işləyib,1975-1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olub.

1988-1991-ci illərdə Nazirlər Soveti sədrinin birinci müavini və Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışıb.

1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır.

Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.

Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsus olub. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.

Onun Rusiyada digər böyük obyektlərinin olduğu da deyilir. Rusiya rəsmi qurumlarında Müzamil Abdullayev fərdi sahibkar kimi qeydə alınıb. Məlumatlarda onun əsas fəaliyyət istiqamətlətinin qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarəti göstərilib. Müzamil Abdullayevin bir qızı olduğu və onun ixtisasca göz həkimi olduğu haqda da yerli mətbuatda məlmatlar var/musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button