Gündəm

İcra başçısının müavini və xanımı koronavirusa yoluxdu

Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.

Analoq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Samux rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü  Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronovirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri 16.06.2020-ci il tarixdən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

Daha çox
Back to top button
Close