Araşdırma

Millət vəkilinin oğlunun xaricdəki şirkətləri-FOTOLAR

“Deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LIJARO ASSET MANAGEMENT (UK) LLP-nin səhmdarları sırasına qatılıb.” Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook da yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin əldə etdiyi sənəddən məlum olur ki, ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir:

“Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KINGS COPSE residensiyası da var.

Xatırladım ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) şirkətini təsis edib. Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur.

Qardaşlar 2007-ci ildən ki, Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.

Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında “Parket Azər” kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.”milletinsesi.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button