Cəmiyyət

“Dərmanların verilməsi proseduruna səhiyyə strukturlarımız yenidən baxmalıdır”-NİGAR ARPADARİ

‘Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır’ Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 41.

“Hal-hazırda 1000-dən çox, orqan transplantasiyası əməliyyatı keçirmiş vətəndaşımız, Covid-19-a yoluxma riski haqda yox, vaxtında immunbasqılayıcı preparatlar qəbul etməsələr səhhətlərində yaranan fəsadlar haqda düşünür.Bu onların həyatı üçün real riskdir! Dərman preparatlarının verilməsi yalnız Bakıda və YALNIZ BİR YERDƏ (Semaşko xəstəxanasında) aparılır. Karantin şəraitində bu prosesin nə dərəcədə mürəkkəb olduğunu təsəvvür etmək çətin deyil.”

Bu fikirləri millət vəkili Nigar Arpadarai “Facebook” səhifəsində paylaşıb.Deputat həmçinin qeyd edib ki,dövlət dərmanların təminatını öz üzərinə götürüb, lakin dərmanların verilməsi proseduruna səhiyyə strukturlarımız yenidən baxmalıdır.

“Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.” Bu sözləri Cənab Prezident dəfələrlə çıxışlarında söyləyib və əməlləri ilə təsdiq edib.

Biz də koronavirus xəstələrini düşündüyümüz kimi, ciddi xroniki xəstəlikləri olan vətəndaşların karantin şəraitinin məhdudiyyətlərinə görə səhhətlərində problemin yaranmasına yol verməməliyik.

Yeni mexanizmin yaradılması, bu prosedurun asanlaşdırılması, xəstələrin qeydiyyat ünvanları üzrə poliklinikalarda preparatların verilməsi düşünülməlidir.

Bununla bağlı Səhiyyə Nazirliyinə sorğumu yönləndirmişəm və mövzu ilə bağlı araşdırmamı davam edəcəm.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button