Ölkə

“Mən öz maaşımdan 20 adama bilet ala bilərəm”-MİLLƏT VƏKİLİNDƏN TƏŞƏBBÜS

Millət vəkili Fazil Mustafa milli məclisinin növbədən kənar sessiyasının iclasında Bakı və Naxçıvan arasında gediş -gəlişin bərpası məsələsinə toxunub.Analoq.az Realtv-yə instinadən xəbər verir ki,millət vəkili bildirib ki,təyyarə biletlərini yalnız onlayn yolla almaq mümkündür.Bu da vətəndaşlar üçün heç də həmişə əlçatan deyil.

Fazil Mustafa​ bu təşəbbüsə deputat həmkarlarını da qoşulmağa dəvət edib.

“Ana var ki,üç aydır əsgərlikdəki oğlunu görməyə gedib və orada yaxında ac-susuz,pulsuz bir daxmada yaşayır.Mən təklif edərdim ki, ya dövlət təcili ora çox sayda təyyarə ayırsın ,ya da Maliyyə Nazirliyinin bütün imkanlarını xahiş edirəm nəzərə alın.Əgər bu imkan yoxdursa şəxsən mən öz maaşımdan 20 adama bilet ala bilərəm.Hesab edirəm ki,başqa həmkarlarım da bu aksiyaya qoşularlar.İmkansiz insanların burdan ora ,ordan-bura gedib gəlmələrini təcili həll etməliyik ki,öz vətəndaşımız bu qədər sıxıntı içində qalmasın”​ deyə millət vəkili bildirib.

Analoq.az

Daha çox
Back to top button
Close