Cəmiyyət

Mətbuat katiblərinin ilk video konfransı baş tutdu-FOTOLAR

“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının yeni istiqamətləri müzakirə olunub

Analoq.az xəbər verir ki,“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulmuş bir sıra mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə bu gün video-konfrans keçirilib və yeni istiqamətlər müzakirə olunub.

Mətbuat katibləri virusdan qorunmağın zəruriliyi, karantin rejiminin tələblərinə riayət edilməsinin geniş təbliği barədə fikirlərini bölüşərək çağırışların davamlı olmasının zəruriliyini bildiriblər.
COVİD-19 virusunun sürətlə yayıldığı, vətəndaşların daha ehtiyatlı və məsuliyyətli davranmaları, risklərdən maksimum uzaq olmaları üçün əlavə maarifləndirici tədbirlərə ehtiyac duyulduğu dönəmdə həmrəylik nümayiş etdirən sözçülər “Biz birlikdə güclüyük” və “Özünü qoru, çevrəni xilas et” heşteqləri altında maarifləndirici yazıların, müxtəlif video çarxların və digər təbliğat vasitələrinin ictimailəşdirilməsinin vacibliyini vurğulayıblar.

Media hərəkatında birləşən mətbuat katibləri, həmçinin sosial şəbəkələrdə bu çətin vəziyyətlə mübarizədə vətəndaşları məsuliyyətli olmağa, biganəliyə yol verməməyə, maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyenik vasitələrdən istifadə edərək yeni qaydalarla yaşamağı öyrənməyə çağıran paylaşımlar etmək barədə də yekdil rəyə gəliblər.

Analoq.az

Daha çox
Back to top button
Close