Ölkə

Milli Məclisdə nazirlə deputat arasında GƏRGİNLİK

Maliyyə naziri Samir Şərifov deputat Qüdrət Həsənquliyevi sərt tənqid edib.KONKRET.az-ın məlumatına görə, nazir parlamentin bugünkü iclasında deputat fikri ilə razılaşmayıb:

“O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.

Qeyd edək ki, Q.Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Sahil Babayevi sərt tənqid edib.

O bildirib ki, “Youtube”də videoya baxıb və orada ikinci qrup əlilin müavinətinin neçə ildən sonra kəsildiyini görüb.Həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir: “Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaiti belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button