Sağlamlıq

Ukrayna Çinlə 2 milyon dollarlıq müqavilə bağladı -VAKSİN ALINACAQ

Ukraynanın artıq müqavilə bağladığı “Sinovac” şirkətinin koronavirusa qarşı peyvəndinin ümumi effektivliyi 50-60 % arasında dəyişir. TvPress.Az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” qəzeti Butantat İnstitutunun mütəxəssislərinin apardığı Çin vaksininin genişmiqyaslı testlərinin nəticəsinə istinad edərək yazır.

Peyvəndin effektivliyi haqda tədqiqatın tam rəsmi nəticələri 12 yanvar tarixində açıqlanacaq.

Xatırladaq ki, dekabrın 30-da Ukrayna Çinlə 2 milyon dollara yaxın vaksin alınması haqda müqavilə bağlayıb. Əvvəlcə isə, ölkə səhiyyəsinin rəsmiləri digər ölkələrin- Amerika, Rusiya və Almaniya vaksinlərinin də alına biləcəyini bildirmişdilər. Lakin sonra digər variantlardan imtina edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button