Sağlamlıq

Vəziyyət təhlükəli idisə niyə karantin rejimi yumşaldıldı? – Rəşad Mahmudovdan cavab

Analoq.az Milli.Az-a istinadla bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.

O bildirib ki, mətbuatda yayılan bir-birinə zidd məlumatlar da insanlarda koronavirusa inamın azalmasına səbəb olur.”

Belə bir sual ortaya çıxa bilər ki, belə bir təhlükə var idisə, niyə yumşalma oldu? Əmin olun ki, dünya koronavirusun necə davranması ilə bağlı konkret bilgiyə sahib olsaydı, Ümumdünya Səhiyyə Təşkilatı və ekspertlər bunu bilmiş olsaydı dünyada pandemiya elan olunmazdı, dünyanın ən qabaqcıl ölkələri belə vermiş olduqları qərarlara qısa müddət içərisində geri qayıtmazdı.

Bu gün xəstəxana çarpayılarının getdikcə məhdud olması, COVİD-lə mübarizədə yeni nəticələr bizi ciddi qorxudur. İndi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir”.

Daha çox
Back to top button
Close