Dünya

ABŞ-da əhali şəhərlərdən qaçmağa başlayıb

ABŞ-da insanlar koronavirusla bağlı karantin qaldırıldıqdan sonra şəhərətrafı və kənd ərazilərində daşınmaz əmlak almağa başlayıblar.

Analoq.az xəbər verir ki, şəhərətrafı ərazilərdəki evlərə maraq 2020-ci ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.

Mütəxəssislər qeyd edirlər ki, koronavirus pandemiyasının yaratdığı böhran sabit alış fəaliyyəti səbəbindən şəhərətrafı daşınmaz əmlak bazarlarına daha az təsir göstərib.

Onların müşahidələrinə görə, amerikalılar pandemiyadan əvvəl şəhərlərdən qaçmağa başlayıblar, ancaq COVID-19-un yayılmasının başlaması ilə bu tendensiya daha da güclənib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button